İnterpress.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub və 1,1 mlrd. dollarlıq profisit əldə olunub.
\”Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35%-lik artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyllər var. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib.Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Makroiqtisadi sabitliyin ilkin əsasları yaranıb.\”
E.Rüstəmov qeyd edib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir.
“Kredit portfelində aktivlik müşahidə olunmur. Azərbaycan Mərkəzi Bankının strelizasiya alətlərinə ehtiyacı çoxdur. İnflaysiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymətinin artması, ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub”.
İnterpress.az