İnterpress.az xəbər verir ki, Stadionun müraciətin bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.
Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun \”Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq. Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.
İnterpress.az