İnterpress.az APA-ya istinadən məlumat verir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasıdna 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumalar bəzən Azərbaycanın lazım olmayan yerində səfirliklərin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.
O qeyd edib ki. Şərqi Avropa, Baltik yanı ölkələrin hər birində səfirlik olduğu halda Avstrailyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə buna nəzərət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyəti bərpa olunsun”.
İnterpress.az