İnterpress.az xəbər verir ki, prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib. Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyası 93 yaşlı prezidentə əgər istefa verməzsə, impiçment prosedurunu başladacağı ilə bağlı xəbərdarlıq da etmişdi.
Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.
İnterpress.az