İnterpress.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.
İnterpress.az