İnterpress.az məlumat verir ki, İraqın Tuz-Hurmatu şəhərində avtomobilin partladılması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Bu barədə İraq polisinə istinadən \”Associated Press\” məlumat yayıb. Ölənlərin sayının bundan əvvəl 20 nəfər olduğu bildirilirdi. Hadisə terrorçu-kamikadzenin partlayıcı qurğunu şəhərin bazar meydanında işə salması nəticəsində baş verib.
Polisin məlumatına görə, hadisə nəticəsində təxminən 75 nəfər yaralanıb. (“Report”)
İnterpress.az