2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İnterpress.az xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 2 gün davam edəcək.
Belə ki, ötən gün başlayan Azərbaycanın dövlət və icmal büdcəsinin layihələrinin müzakirəsi noyabrın 23-də bitəcək.
İclasa rəhbərliyi Milli Məclisin sədri Oqtay Əsədov edir. İclasda hökumət üzvləri və digər vəzifəli şəxslər iştirak edir.
***
İnterpress.az xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün və sabah dadavam edəcək.
Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır.
Dünənki iclasa Baş nazir Artur Rasizadə də qatılmışdı.
Daha 2 gün davam edəcək iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxildir:
1. \”Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə
2. \”Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə
3. \”İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə
4. \”Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə
5. \”Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında\” Azərbaycan Respublikası qanununun layihəsi barədə
6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.
İnterpress.az