“Ölkə.Az”ın məlumatına görə, sakinlər öz müraciətlərində yaşadıqları binanın istilik sisteminin yararsız və baxımsız vəziyyətə düşməsindən, mənzillərinin hələ də soyuq olmasından şikayətçidirlər.
Sakinlər bildirir ki, “Azəristiliktəchizat” ASC-nin sahə rəisinə və İcra Hakimiyyətinə dəfələrlə edilən müraciətlərə baxmayaraq, Əli Kərim 9 ünvanında mövcud olan istilik radiatorlarının isinməsi hələ də təmin edilməyib:
“Nəticədə isə əksər mənzillər çox soyuq vəziyyətdədir. İstilik radiatorlarının isinməməsinin əsas səbəbi binanın qazanxanasına verilən qazın təzyiqinin həddindən çox aşağı olmasıdır”.
Şikayətçilər qeyd edir ki, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri bir neçə dəfə sözügedən binaya baxış keçirərərək, problemin yaxın saatlarda həll olunacağı vəd ediblər:
“Ancaq bütün vədlərə və havaların soyuq keçməsinə baxmayaraq, binada problem hələ də həll edilməyib. Sabunçu rayonu, Bakıxanov qəsəbədsi, Əli Kərim 9 ünvanında yerləşən binanın sakinləri olaraq cənab Yaşar Həsənovdan xahiş edirik ki, mövcud olan problemin tezliklə həll edilməsinə tapşırıpq versin. Əks halda biz cənab Prezident İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət edəcəyik”.
İnterpress.az