İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tbilisidə saxlanılan terrorçulardan biri də İstanbulun Atatürk hava limanında terror aktı həyata keçirmiş “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir.
Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstəbaşçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. Ə.Çatayev ötən gün Tbilisidə məhv edilib.
Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.
Xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb.
İnterpress.az