Azərbaycan neftinin qiyməti 64 dolları ötdübackend

Azərbaycan neftinin qiyməti 64 dolları ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 63,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən \”Brent Dated\” etalon növlü neftin qiyməti isə noyabrın 22-də 62,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.

İnterpress.az