Karlovun qətlinə görə Türkiyədə daha bir həbsbackend

Karlovun qətlinə görə Türkiyədə daha bir həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, istintaq zamanı TRT Avazda yayımlanan və xarici istehsal olan “Eko Avaz” adlı proqramının prodüseri “Guru Median”ın yayım qrupunun rəhbəri H.A. “qəsdən adam öldürmə” maddəsi ilə həbs olunub.

TRT isə açıqlama yayaraq sözügedən şəxsin kanalla birbaşa əlaqəsinin olmadığı və 2014-cü ilin dekabrında proqramın yayımının dayandırıldığını bildirib.

Qeyd edək ki, 2016-cı il dekabrın 19-da Rusiyanı Ankaradakı səfiri Andrey Karlov rəsm sərgisi zamanı polis zabiti Mövlüd Mərt Altıntaş tərəfindən qətlə yetirilmişdi.

İnterpress.az