Rusiyada azərbaycanlı tələbə öldürüldü – FOTObackend

Rusiyada azərbaycanlı tələbə öldürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın Perm şəhərində bir neçə gün əvvəl vəhşicəsinə döyülən azərbaycanlı tələbə dünyasını dəyişib.

Bu barədə Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev məlumat verib.

Bildirilir ki, noyabrın 19-da naməlum şəxslər 25 yaşlı Mustafayev Hüseynə hücum ediblər. Həkimlər bir neçə gün onun həyatını xilas etməyə çalışsalar da, sonda gənc oğlan ölüb.

Diaspor nümayəndələri hazırda ölən şəxsin yaxınlarını axtarmaqla məşğuldurlar. Tələbə Bakıdan Permə təhsil almaq üçün gedib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxslər saxlanılıb.

İnterpress.az