İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, iğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb.
İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.
Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.
İnterpress.az