İnterpress.az xarici mediaya xəbər verir ki, “Əl-Əhram” qəzetinin yaydığı məlumata görə, Misir Prezidenti, həmçinin Ər-Rauda məscidinə hücum zamanı həyatını itirənlərin xatirəsinə abidə qoyulmasına dair sərəncam imzalayıb.
Qeyd edək ki, noyabrın 24-də hərbi geyimli naməlum şəxslər “Jeep” markalı beş avtomobillə Şimali Sinay vilayətinin administrativ mərkəzi olan Əl-Əriş şəhərindən 40 kilometr qərbdə yerləşən Ər-Rauda məscidinə hücum ediblər. Təxminən 30 silahlı şəxs məscidi mühasirəyə alıb. Əvvəlcə cümə namazına toplaşan insanların arasında partlayıcı qurğu işə salınıb. Sonra bayıra qaçışan insanlar məscidin həyətində 15-20 dəqiqə ərzində atəşə tutulub. Şahidlər terrorçuların əlində İŞİD-in qara bayrağını yellətdiklərini bildiriblər.
Bu arada Al-Youm Al-Sabia nəşri xəbər verib ki, Misir parlamenti ölkə tarixində ən böyük terror aktı ilə bağlı noyabrın 27-də təcili iclasa toplaşacaq.
İnterpress.az