Metronun “Sahil” stansiyası sökülür?backend

Metronun “Sahil” stansiyası sökülür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az modern.az-a istinadla xəbər verir ki, \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O, metronun \”Sahil\” stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib.
Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını deyib: \”Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı \”LT-3\” tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın \”ThyssenKrupp Fahrtreppe\” şirkətinin \”Viktoriya\” tipli dörd eskalatoru quraşdırılacaq\”.

N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

İnterpress.az