Eldar Mansurovun oğlu vəzifəsindən azad edildibackend

Eldar Mansurovun oğlu vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

\”Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib\”, – deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

\”Azərpoçt\” MMC-nin mətbuat katibi Günel Gözəlova isə \”APA-Economics\”ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, \”Azərpoçt\” MMC-nin rəsmi saytında \”Rəhbərlik\” bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov \”Azərpoçt\” MMC-dən öncə \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

İnterpress.az