İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Midltaun şəhəri yaxınlığında ticarət mərkəzindəki atışma hadisəsi yerli vaxtla saat 15:15 radələrində qeydə alınıb.
Əldə edilən məlumata əsasən, hadisə nəticəsində 2 nəfər yaralanıb. Ticarət mərkəzinin əməkdaşları və müştərilər təxliyə edilib. Hazırda polis atəş açan şəxsi axtarır.
İnterpress.az