Vulkan püskürdü:  minlərlə insan təxliyyə edildi – VİDEObackend

Vulkan püskürdü: minlərlə insan təxliyyə edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Deutsche Welle-yə istinadən məlumat verir ki, hər il minlərlə turistin axın etdiyi İndoneziyanın Bali adasında illər sonra yenidən fəaliyyətə keçən Agung vulkanı narahatlığa səbəb olub. 100 min nəfər bölgədən evakuasiya edilib. Agung vulkanının səbəb olduğu tüstü buludunun 3 min 500 metr hündürlüyə çatdığı və bu səbəbdən 40 min insanın təcili vəziyyət sığınacaqlarına yerləşdirildiyi bildirilib. Təbii fəlakətə görə bölgədəki hava limanları bütün uçuşları ləşv edib.
Qeyd edək ki, Agung vulkanı sonuncu dəfə 1963-ci ildə püskürmüş və təqribən 1600 nəfər həyatını itirmişdi. Sentyabr ayında yenidən fəaliyyətə keçən vulkan, oktyabrda səssizliyə bürünsə də, ötən çərşənbə axşamı yenidən fəaliyyətə başlamışdır.

İnterpress.az