İfaçı 10-luğu müəyyənləşdirən zaman Türkiyədə yaşayan müğənni Günel Zeynalovanı tənqid edib.
O, iki həftə bundan əvvəl həmkarının təqdim etdiyi \”Azılı bəla” mahnısını bəyənmədiyini bildirib və ifaçını onuncu sırada görüb:
\”Açiq etiraf edim ki, yaradıcılığı ilə maraqlanmıram. Yadımdadır ki, Rza Zərrabın sözlərinə bir mahnı ifa etmişdi. Bir tək onu xatırlayram, başqa heç nə. Bəzən əsəb keçirirəm. Seçimi hər zaman yanlış olur. Bu bəstə Günel üçün deyil”.
Rəhim illərdir ki, dostluq etdiyi əməkdar artist Röya Ayxan barədə açıqlama verib. Sənətçi həmkarı ilə ancaq salam-sağolun qaldığını qeyd edib:
\”Röyayla bağlı bir yanaşma var. O, oxudusa, partlayacaq. Röya ilə sıx münasibətdə deyilik. Şou-biznesdəki dostluqlarıma görə heyflənirəm. Bir qabda yediyim, daha yaxına buraxdığım üçün. Bunlar olmasaydı, dostluğumuz davam edərdi”. (qafqazinfo)
İnterpress.az