İnterpress.az xəbər verir ki, festivalın açılışı mərasimi 29 noyabr tarixində \”Baglioni Hotel Regina\” mehmanxanasında keçiriləcək, sonrakı iki gün ərzində isə mehmanxananın \”Brunello\” restoranı Azərbaycan milli yeməklərindən ibarət menu əsasında fəaliyyət göstərəcək. Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.
İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalına İtaliya mətbuatı indidən maraq göstərir və artıq bir sıra mətbuat orqanlarında Festival haqqında məlumatlar dərc olunub.
İnterpress.az