Rusiyanın paytaxtı Moskva şəhərində beş ədəd \”Mercedes Gelandewagen\” markalı avtomobil yanıb. Məlumata görə, Moskva polisindən bildirilib ki, hadisə Kutuzov keçidində yerləşən avtoservisdə baş verib. \”Noyabrın 16-da saat 11:00-da Kutuzov keçidindəki avtoservisin ikimərtəbəli kərpic binasında yanğın baş verib. Yanğın 500 kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində beş ədəd \”Mercedes-Benz G500\” markalı avtomobil tamamilə yanıb\”, – deyə məlumatda bildirilir. Dəymiş ziyanın ümumi məbləği və yanğının səbəbi dəqiqləşdirilir. (apa)
İnterpress.az