Ev işləri görmək ömrü uzadır – ALİMLƏRDƏN YENİ İDDİAbackend

Ev işləri görmək ömrü uzadır – ALİMLƏRDƏN YENİ İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ailem.az-a istinadən xəbər verir ki, araşdırmaya 65-99 yaş arası 6 min qadın qatılıb. Araşdırmaçılar bir həftə boyu iştirakçıların fiziki aktivliyini, 3 il boyunca isə sağlamlığını xüsusi cihazla izləyib.

Araşdırma gündə ən az 30 dəqiqə fiziki aktivlikdə olanların ölüm riskinin hərəkətsiz yaşam tərzinə sahib olanlardan yüzdə 12 faiz az olduğunu ortaya çıxarıb. Bundan başqa, gündə bir saat fiziki aktivliyə vaxt ayırmağın ortalama yaşam müddətini 39 faiz artırdığı bildirilir.

Araşdırmanı aparan Michael LaMonte bildirib ki, araşdırmanın nəticəsinə əsasən, hətta yaşlı qadınların az aktivlik səviyyəsinin belə, sağlamlığa faydası var.

Elm adamları təmizliklə məşğul olmaq, qab yumaq və təmiz havada gəzmək kimi işləri fiziki aktivlik kimi dəyərləndirib və onların ömrü uzatdığına böyük təsiri olduğunu bildirib.

İnterpress.az