İnterpress.az xəbər verir ki, 1995-ci ildə anadan olmuş Hüseynli Qardaşxan Rafiq oğlu Dənizkənarı Mılli Parkda, Neftçilər prospekti 26 a ünvanında yerləşən Bakı İdman Sarayının yanında (Əl Oyunları Sarayı) özünü dənizə ataraq intihara cəhd edib. Ərazidə xidmət edən PPXB-ün polis nəfərləri və DBİ-in mühafizəçiləri tərəfindən Q.Hüseynli dənizdən çıxarılıb.
İlkin araşdırmadan sonra məlum olub ki, 22 yaşlı Q.Hüseynli ruhi-əsəb xəstəsidir və 2 №-li Ruhi-əsəb dispanserində qeydiyyatdadır.
Araşdırma aparılır.
İnterpress.az