İnterpress.az məlumat verir ki, sevgini yoluxucu xəstəlik adlandıran, hələ o xəstəliyə tutulmadığını deyən Niyam Salami, belə görünür ki, məqamın gəlməsini gözləyir: “Sevgi, məhəbbət elə bir hissdir ki, qrip necə ki, gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. O məqam gəlməlidir ki, mən evlənim. Yoxsa durduğum yerdə deyim ki, mən evlənirəm, bu, mənasız olar. Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub “ulayıram””.
Niyam qocalanda həyat yoldaşının sırf ona baxması üçün evlilik etməyəcəyini, ümumiyyətlə, bu barədə hələlik düşünmədiyini söylədi: “Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun. Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnəsəm, mənə baxsın?”.
İnterpress.az