İnterpress.az xəbər verir ki, DGTYB-in məlumatına görə, “Bakıdan türk dünyasına” adlanan layihə çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Belə ki, dekabrın 2-də Azərbaycanda Atatürk Mərkəzində layihənin ilk tədbiri keçiriləcək.
Tatarıstan Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Danil Salih, Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) tədbirlərə fəxri qonaq kimi dəvət olunublar. Tədbirlərdə Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin gənc yazarlarının iştirakı gözlənilir.
İnterpress.az