İnterpress.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Aparıcısı Xalq Artisti Hacı İsmayılov olan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini qeyd edib.
S.Kərimi qeyd edib ki, unudulmaz sənətkar milli musiqili komediya janrına da öz töhfəsini verərək \”Aktrisa\”, \”Qızıl axtaranlar\”, \”Sənin bircə sözün\”, \”Sabahın xeyir, Ella\” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayıb.
Tədbir konsert proqramı ilə davam edib. Gecədə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında bəstəkarın mahnıları səsləndirilib.
İnterpress.az