14 saylı məktəbdə valideynlər etiraza qalxdıbackend

14 saylı məktəbdə valideynlər etiraza qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3-e sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər:

\”Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıblar. Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3-ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək\”.

İnterpress.az