İnterpress.az xəbər verir ki, dağın ətrafında 6 min metr yüksəkliyə qalxan küllər bütün Balini qaranlığa qərq edib.
Bölgəyə təyyarə uçuşları ləğv edilib və beynəlxalq hava limanı fəaliyyətini 24 saatdır ki dayandırıb. Minlərlə insan aeroportda uçuş üçün gözləyir.
Bali və ətraf bölgədə təxliyyə əməliyyatı davam edir. Vulkanın ətrafında yaşayan 100 mindən çox insan evlərini tərk etməyə hazırlaşır.
Xatırladaq ki, sonuncu dəfə Aqunq vulkanı 1978-ci ildə partlayıb və nəticədə 1100 nəfər həlak olub. (BAKU.WS)
İnterpress.az