İnterpress.az ”Report”a istinadən xəbər verir ki, dünən axşam saatlarında qızıl mağazasının sahibi Azər Müzəffərova məxsus, içərisində 150 min manatlıq qızıl-zinət əşyaları ilə birgə qaçırılmış “VAZ-2107” markalı avtomobil Yevlax rayonu ərazisində tapılıb.
Məlumata görə, avtomobil rayonun Havarlı kəndi yaxınlığında aşkar edilib. Avtomobildə olan qızıl-zınət əşyaları yoxa çıxıb. İlkin ehtimallara görə, avtomobili qaçıran şəxs və ya şəxslər qızıl-zinət əşyalarını götürüb qaçıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterpress.az