İnterpress.az xəbər verir ki, bu Azərbaycandakı diplomatik missiyasını başa vuran Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin müraciətində deyilir.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin V.Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
\”Bu illər ərzində bir-birinin suverenliyinə mütləq hörmət, müdaxilə etməmək və maraqların balansı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən çox mühüm hadisələrin şahidi və iştirakçısı olmaq imkanı qazanmışam. Biz bir-birimizi daha yaxşı başa düşməyi, keçmişdəki əlaqələrimizdə olan bütün yaxşı şeyləri qiymətləndirməyi, zamanın yeni tələblərinə uyğun əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi. Səfirliyin və şəxsən mənim işimə olan daimi maraqlarına görə azərbaycanlılara təşəkkür edirəm. Bu maraq həmişə dostcasına olub. İndi başqa cür ola bilməyəcəyini daha yaxşı anlayıram. Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi kursu Azərbaycanda geniş bazaya malikdir\”, – səfirin müraciətində bildirilib.
\”Əsasən, fərqli siyasi maraqlarımız var. Buna baxmayaraq, bir-birimizlə yola getməyi öyrəndik. Ümid edirəm ki, toplanmış təcrübədən bütün çətinliklərə və yeni çağırışlara baxmayaraq, gələcəkdə də ölkələrimiz və xalqlarımızın maraqları naminə istifadə ediləcək. Sizi əmin edirəm ki, Rusiya həmişə məhz buna can atacaq. Çünki cənub sərhədlərimizdə sabit, proqnozlaşdırılan və çiçəklənən Azərbaycanın olmasından artıq marağımız yoxdur\”, – deyə səfir bildirib.
İnterpress.az