İnterpress.az Report-a istinadən xəbər verir ki, şəhərin Tağıyev qəsəbə sakini, 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirərək intihar etmək istəyib.
O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.
Araşdırmalar zamanı E.Həmidlinin sevdiyi qızın ondan ayrıldığı səbəbindən intihar etmək istədiyi məlum olub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
İnterpress.az