İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, Aden Hur Mekser bölgəsində Maliyyə Nazirliyinin binası qarşısında bomba yüklü avtomobil partladılıb. Hadisə yerindəki 7 mərtəbəli bina dağılıb və ətrafdakı evlərin şüşələri qırılıb. Şiddətli partlayış zamanı 4 nəfər həyatını itirib. Hadisə zamanı çox sayda yaralıların olduğu bildirilir.
Qeyd edək ki, hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
İnterpress.az