İnterpress.az xəbər verir ki, \”WhatsApp\” normal danışıqlarla bərabər iş əlaqələri üçün də istifadə edilir. Bunun fərqinə varan şirkət istifadəçilərə işlərində istifadə edə biləcəkləri bir xidmət təqdim edir. Bu xidmətdə özəl funksiyalar yerləşdirilib. Ən diqqət çəkən özəlliyi isə profilin yanında olan yaşıl rəngli \”tik\” işarəsirdir. Bu sistem eynilə \”Twitter\”də olduğu kimi çalışır. \”Tik\” işarəsi olan hesablar təsdiqlənmiş hesab olaraq göstərilir. Bunun sayəsində istifadəçilər qarşılarındakı şəxsin gerçəkdən o adam olub-olmadığını anlayacaqlar. Yeni tətbiqlə normal \”WhatsApp\” arasında çox az fərqlər var.
Yeni özəlliklərə nümunə olaraq şirkət sahibləri bir cihaz üzərindən həm normal şəxsi hesabını, həm də şirkət hesabını işlədə biləcək.
\”WhatsApp\”ın rəsmi bloqunda yer alan məlumatlara görə, \”WhatsApp Business\” hava yolu şirkətləri ilə müqavilə bağlamağı planlayır. Hava yolu şirkətlərinin uçuş zamanı kimi məlumatlarının \”WhatsApp\” bildirişi olaraq çatdırılması hədəflənir. Yeni tətbiqin ödənişli və ya ödənişsiz olacağı barədə bir məlumat yoxdur.
İnterpress.az