Lent.az-ın məlumatına görə, ilkin araşdırma zamanı onun sinə nahiyəsindən bıçaqlanma nəticəsində öldüyü məlum olub. Ekspertiza aparıldıqdan sonra meyiti tapılan şəxsin Ağsu rayon sakini, 1978-ci ildə anadan olmuş Seyidov Mirəli Seyidrza oğlu olması müəyyən edilib. Bəlli olub ki, M.Seyidov keçən ilin oktyabrında itkin düşüb və 1 ildən artıq imiş ki, itkin düşən şəxs kimi axtarışa verilibmiş.
Onun nə vaxt, kim tərəfindən, harada, hansı şəraitdə və nə səbəbə öldürülməsi hələlik məlum deyil. Araşdırmalar aparılır.
İnterpress.az