Əhəd Abıyev jurnalistdən danışdı: “Onu kimsə öyrədir…”backend

Əhəd Abıyev jurnalistdən danışdı: “Onu kimsə öyrədir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. O, köşə yazarı, jurnalist Seymur Verdizadənin “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə ona qarşı səsləndirdiyi ittihama cavab verib:

“Ona sual verin ki, Seymur, o yazını nəyə görə yazmısan? Cəfəngiyyatdır, boş şeydir. Mən belə yazılara əhəmiyyət vermirəm. Onu kimsə oyrədir. Kimsə ona sponsorluq edir. Qrant almaq istəyir. Seymur icra başçıları ilə işləyir. Mən idmançı adamam, əsa ilə gəzmirəm. Mən heç onu tanımaq və görmək də istəmirəm”.

Qeyd edək ki, tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub. S.Verdizadə bildirib ki, yazı dərc olunandan sonra Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə ona təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək hədə-qorxu gəlir. Bundan əlavə, jurnalist, Əhəd Abıyevin müavini Namiq Süleymanov tərəfindən də təhqir olunduğunu deyib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov AzNews.az-a açıqlamasında Seymur Verdizadəyə zəng etmədiyini və məsələnin araşdırılacağını bildirib.

İnterpress.az