İnterpress.az xəbər verir ki, bu barədə AzNews.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev məlumat verib.
Onun sözlərinə görə, həmin informasiyanın dəqiqləşdirilməsi məqsədi ilə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, lakin qeyd olunan məlumat öz təsdiqini tapmayıb:
\”Onu da qeyd edim ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlaxda da ictimaiyyət arasında, orta məktəblərdə, əmək kollektivlərində vaxtaşırı keçirilən görüşlərdə belə halların aradan qaldırılmasına dair hüquqi maarifləndirmə tədbirləri aparılır.
Qeyd olunan yazıya əlavə edilmiş foto isə nəinki Yevlaxda, ümumiyyətlə Azərbaycanda çəkilməyib. Fotonun xarici dövlətlərdən birində çəkilməsinə dair müəyyən məlumatlar var\”.
İnterpress.az