Braziliyadakı Noiva dollar Cordeiro kəndi təkcə qadınların yaşaması ilə diqqət çəkir. Kənddə yaşayan 655 qadın kəndə kişi qəbul etmir. Yalnız evli olan qadınların ərləri və uşaqlarının həftə sonları kəndə gəlmələrinə icazə verilir.
Kəndin bütün işləri və rəhbərliyi qadınlara aiddir. Buradakı bütün qaydaları qadınlar müəyyən edir. Ancaq bütün qadınların xoşbəxt olduğu bu kənddə son dövrdə bir problem baş qalırmışdır. O da, evlililk yaşına çatan qızların özlərinə ər tapmamasıdır. Kənd heyəti bu məsələdə bir qərar alaraq özlərinə uyğun ər hesab etdikləri kişilərə müraciət edib. Lakin burada da bir şərt qoyublar: Kənddə yenə qərarlar qadınlara aid olacaq. Kişilər yalnız həftə sonu evlərinə gələcək.
Bəs bütün bu həyat tərzinin səbəbi necə bir hekayə ilə bağlıdır? Kəndlilərin dediklərinə görə, bu kənd 1891de zorla ərə verildiyi həyat yoldaçını tərk etdiyi üçün Katolik kilsəsi tərəfindən yaşadığı kənddən qovulan bir qadın tərəfindən qurulmuşdur. Kəndlilərin fahişə deyərək kənarlaşdırdığı Mariya Senhorinha adlı qadın özünü bir müddət dünyadan təcrid edib. Qadının kənddən ayrılarkən yanında gətirdiyi qız uşağı hələ 16 yaşında evangelist din xadimi olan Anisio Pereira ilə evlənmiş, Pereira regionda öz kilsəsini yaradaraq qadınlara içkidən, saç kəsməyə, musiqi dinləməkdən doğuma nəzarət üsullarına qədər bir çox şeyləri qadağan etmişdi. Anisio Pereira 1995-ci ildə öləndə kənddəki qadınlar bir daha heç vaxt kişi suverenliyinin olmayacağı kənd qurub, özlərini də kilsədən təcrid ediblər. Rosalee Fernandes \”Tanrı qəlbimizdə yaşayır. Bir keşiş qarşısında evlənmək və ya balamızı xaç etdirmək üçün kilsəyə getməyə ehtiyac yoxdur. Bunlar həmişə kişi əli ilə qoyulan qaydalardır\” deyir.
İnterpress.az