Rza Zərrab keçmiş türk nazirə 45-50 milyon avro rüşvət verdiyini iddia edibbackend

Rza Zərrab keçmiş türk nazirə 45-50 milyon avro rüşvət verdiyini iddia edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, məhkəməni New York Times və Daily Beast də daxil olmaqla bir çox media nümayəndəsi izləyib və prosesin gedişatı barədə məlumatları dərhal Twitter-dən paylaşıblar.

Məhkəmədə şahid kimi çıxış edən Rza Zərrabi 2011-2013-cü illərdə Türkiyədə iqtisadiyyat naziri Zafer Çağlayana 45-50 milyon avroluq rüşvət verdiyini açıqlayıb və ödəmələrin sübutunu məhkəmə heyətinə təqdim edib.

Məhkəməyə ifadəsində Rza Zərrab \”ABŞ hokuməti ilə əməkdaşlığa getmək və məsuliyyəti qəbul etməyin həbsxanadan çıxmağın ən sürətli yolu\” olduğunu anladığını bildirib.

Məhkəmə prosesini izləyən jurnalistlər Rza Zərrabın \”təraş olduğunu, sakit göründüyünü, suallara cavab verərkən ittihamçının gözlərinə baxdığını, tərcüməçi vasitəsilə sualları aram-aram cavablandırdığını\” bildiriblər.

Türkiyənin hazırkı iqtisadiyyat naziri Nihat Zeybekci bildirib ki, \”türk naziri haqqında başqa bir ölkənin qaldırdığı iddia sübuta yetirilməlidir\”.

Rza Zərrab şahid kürsüsündə əyləşib

Məhkəmə prosesinə çıxarılanlar aşağıdakı ittihamlarda təqsirləndirilirlər:

* ABŞ və xüsusilə də ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq

* Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmağa cəhd

* Bank sistemində saxtakarlıq

* Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq

* Pul yuyulması

* Pul yuyulması üçün plan qurmaq

İttihamnamədə ilk sistem olan \”neft qarşılığı qızıl\” üsulunun ən az 2010-cu ildən bəri tətbiq olunması barəsində məlumat yer alır və sistemin necə işləndiyi göstərilir.

Sanksiyalar ucbatından Türkiyə aldığı neft və təbii qaz üçün ödəməli olduğu məbləği İrana birbaşa göndərə bilməyib. Buna uyğun olaraq İran, Türkiyədə yerləşən Halkbank adlı bankda bir hesab açıb. Türkiyə də ödəmələri bu hesaba yatırıb.

Daha sonra, bu hesabdakı pullar Zərrabın şirkətlərinə köçürülüb və bu şirkətlər üzərindən qızıl alınıb. Həmin qızıllar Türkiyədən Dubaya ixrac olunub və burada yenidən pula çevrilib və çantalarda İrana aparılıb.

Rza Zərrab məhkəmədə qızılı nağd pula necə çeviriyini göstərmək üçün sxem çəkib cızıb və detalları göstərib.

İnterpress.az