Avtomobillər toqquşdu – Ölənlər var – Yenilənibbackend

Avtomobillər toqquşdu – Ölənlər var – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, bu gün Ağdaş rayonu ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun Xosrov kəndindən keçən hissəsində baş vermiş ağır yol qəzasında xəsarət alan Ucar rayon Polis Şöbəsinin rəisi, polkovnik Etibar Abdıyev Bakıya göndərilib. Ağdaş rayon Mərkəzi xəstəxanasından lent.az-a bildirilib ki, 90 AP 222 dövlət nömrə nişanlı, xidməti “Nissan Maxima” markalı avtomobillə qəzaya düşən rəis və polis serjantı olan sürücüsü ətraflı müayinə olunmaları üçün Bakıya yola salınıb. E.Abdiyev qollarının sınığı və döş qəfəsinin əzilməsi xəsarətləri alıb. Onun sürücüsünün isə xəsarətlərinin daha ağır olduğu məlum olub.

Qeyd edək ki, polis rəisinin avtomobili ilə 12 BE-706 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşında olan Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Onu da qeyd edək ki, polis rəisi Qəbələdən Ucara gedərkən qəzaya düşüb.

***

İnterpress.az xəbər verir ki, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində \”Nissan\” və \”VAZ 2106\” markalı minik avtomobillərinin toqquşması baş verən qəza nəticəsində iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

İnterpress.az