ABŞ-ın BMT-dəki nümayəndəsi: Biz KXDR rejimini məhv edəcəyikbackend

ABŞ-ın BMT-dəki nümayəndəsi: Biz KXDR rejimini məhv edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az azərtaca istinadla xəbər verir ki, iclasda çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli hərbi əməliyyatların başlayacağı təqdirdə, Şimali Koreyanın mövcud rejiminin tam məhv ediləcəyini deyib.

“Biz heç vaxt Şimali Koreya ilə müharibə axtarmamışıq və indi də axtarmırıq. Əgər dünən şahid olduğumuz təcavüz aktlarının davam etməsi nəticəsində müharibə başlasa, şübhəsiz ki, Şimali Koreyadakı rejim tam məhv ediləcək”, – deyə o bildirib.

Xatırladaq ki, noyabrın 29-da Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketinin sınağını keçirib. Pxenyanın iddiasına görə, uçuş zamanı 4500 metr yüksəkliyə qalxan və təxminən 960 kilometr məsafə qət edən raket nüvə başlığını ABŞ-ın istənilən məntəqəsinə çatdıra bilər. Ölkə lideri Kim Çen In bu addımı Şimali Koreyanın nüvə-raket silahının əldə olunması prosesində tarixi məqam kimi qiymətləndirib.

Bu, 2017-ci ilin başlanğıcından indiyədək KXDR-in 20-ci raket buraxılışıdır. Ötən on bir ayda BMT-nin Təhlükəsizlik Şurası Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsi haqqında üç qətnamə qəbul edib. Lakin bu tədbirlər arzu olunan nəticəni verməyib.

İnterpress.az