İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın \”Sputnik\” xəbər agentliyi məlumat yayıb. Məlumatda Rusiyanın beynəlxalq təhlükəsizlik üzrə eksperti İqor Nikolayçuk NATO-nun Türkiyənin Rusiyadan S-400 – raketdən müdafiə sistemi almasından keçirdiyi narahatlığı “Türkiyə istərsə, marslılardan belə mesaj ala bilər”- deyə, şərh edib.
Nikolayçuk bildirib ki, Rusiyadan S-400 alınması rəsmi Ankaranın öz qərarıdır və heç kimin Türkiyənin üçüncü bir tərəfdən silah satın almasına qadağa qoymaq haqqı yoxdur.
İnterpress.az