Polşada hərbi bazada baş verən atışma nəticəsində bir nəfər ölüb.
İnterpress.az reporta istinadən xəbər verir ki, mühafizə şirkəti əməkdaşlarından biri növbəni təhvil verərəkən, başqa bir mühafizəçi istiqamətində atəş açıb.
Hadisə yerində hərbi polis əməkdaşları fəaliyyət göstərir. Mühafizəçinin tapançası müsadirə olunub. Onun silah gəzdirməyə icazəsi olub- olmadığı araşdırılır.
İnterpress.az