Qırğızıstanda Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər bu gündən qüvvəyə minibbackend

Qırğızıstanda Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər bu gündən qüvvəyə minib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az azərtaca istinadən malumat verir ki, konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin lehinə əhalinin 79,6 faizi səs vermişdi və qərara alınmışdı ki, əlavə və dəyişikliklər yeni Prezidentin dövründə qüvvəyə minsin.

Yeni Konstitusiyada Qırğızıstanın Baş nazirinin səlahiyyətlərinin genişləndirilməsi hesabına dövlət hakimiyyəti orqanlarında səlahiyyətlərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər edilib.

Ali Qanunda dəyişiklik hakimiyyətin şaxələri arasında qarşılıqlı fəaliyyətin prinsiplərinin dəqiqləşdirilməsi, hüquq mühafizə və məhkəmə sistemlərində islahatlar, cəmiyyətdə yüksək dəyər sistemlərinin formalaşdırılması və dövlət dili olan qırğız dili və rəsmi rus dilindəki mətnlər arasında uyğunsuzluğun aradan qaldırılmasını da nəzərdə tutur.

Konstitusiyaya eynicinsli nikahların qanunsuz olmasını göstərən bənd və müəyyən hallarda vətəndaşlıqdan məhrumetmə haqqında maddə də əlavə edilib. Ümumiyyətlə, əlavə və dəyişikliklər Konstitusiyanın 30 maddəsini əhatə edir.

İnterpress.az