Ötən gün səhər saatlarından başlayaraq paytaxtın bəzi rayonlarında təbii qazın verilməsində məhdudiyyətlər yaranıb. Nəsimi, Binəqədi və Xəzər rayonlarından daxil olan məlumatlarda sakinlər bildirib ki, bir neçə gündür zəiflik müşahidə edilsə də, butün günü təbii qaz ümumilyyətlə olmayıb.
Məsələ ilə bağlı Azəriqaz İB ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzNews.az-a bildirdi ki, Nəsimi rayonu M. Sənani küçəsində diametri 273 mm-lik polietilen yeraltı qaz xəttində aşkar olunan qaz sızmasının ləğv olunması və diametri 250 mm-lik siyirtmənin qurlaşdırılması ilə əlaqədar noyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1 və 2-ci Alatava, 20 Yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və H. Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.
Ötən gün səhər saatlarından başlayaraq paytaxtın bəzi rayonlarında təbii qazın verilməsində məhdudiyyətlər yaranıb. Nəsimi, Binəqədi və Xəzər rayonlarından daxil olan məlumatlarda sakinlər bildirib ki, bir neçə gündür zəiflik müşahidə edilsə də, butün günü təbii qaz ümumilyyətlə olmayıb.
Binəqədi və Xəzər rayonlarında isə qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini qaz ilə təchiz edirik.
İnterpress.az