“ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir”backend

“ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Əfqanıstanın dövlət başçısı Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.

O bildirib ki, uzun müddət transmilli qüvvələr bəzi dövlətlər üzərində hökmranlıq etmək üçün müxtəlif vasitələrdən istifadə edib: “Biz bu problemin həlli üçün yorulmadan çalışır, Əfqanıstanı Asiyanın qəlbi, bu qitənin iqtisadi qapısına çevirmək üçün irəliləyirik.

Əfqanıstan terrorizmlə mübarizədə BMT-nin müvafiq sənədlərinə əməl edir\”.

Terrorun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan Əşrəf Qəni deyib ki, bu, yalnız Əfqanıstanın problemi deyil: “Bu, dövlətlərin birləşməsi üçün əsas şərtdir. Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Bu sahədə səylər artırılmalıdır. Tərəfləri regionda daha çox tərəfdaşlığa çağırırıq\”.

İnterpress.az