Rus deputatın haker oğluna daha bir cəzabackend

Rus deputatın haker oğluna daha bir cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, R.Seleznyov haker sistemləri vasitəsilə 50 milyon dollarlıq kiberdələduzluqda və banklardan 9 milyon dollar oğurlamaqda təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

Nazirlik dəqiqləşdirib ki, yeni hökm əvvəlki ilə paralel olaraq çıxarılıb və apreldə oxunan hökmün üzərinə hesablanmayacaq.

Qeyd edək ki, rusiyalı haker 3 milyona yaxın kredit kartının nömrələrini oğurlayaraq ümumilikdə ABŞ-a 170 milyon dollar zərər vurub. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi R. Seleznyovun “Track2” niki ilə fəaliyyət göstərdiyini və ABŞ-ın müxtəlif dövlət idarələrinin, o cümlədən Finiks zooparkının saytlarını “sındırdığını” açıqlayıb. O, həmin saytlardan kredit kartları barədə məlumatları oğurlayaraq daha sonra satırmış. R.Seleznyovun axtarışına 2011-ci ildən başlanıb. Həmin il o, 140 min kredit kartının məlumatlarını ələ keçirib və onların satışından 2 milyon dollar qazanıb.

R.Seleznyov 2014-cü ilin iyulunda istirahət etdiyi Maldiv adalarında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. (lent.az)

İnterpress.az