“Korporativ sosial məsuliyyətin inkişafında özəl sektorla gənclərin əməkdaşlığı” layihəsini reallaşdıbackend

“Korporativ sosial məsuliyyətin inkişafında özəl sektorla gənclərin əməkdaşlığı” layihəsini reallaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihə çərçivəsində 25 noyabr tarixində Masallı şəhərində “ASAN həyat” kompleksində gənc sahibkarlar, gənc dövlət qulluqçuları və bələdiyyə işçiləri, o cümlədən biznes, bank və maliyyə strukturlarının gənc əməkdaşları, gənclər təşkilatlarının nümayəndəri və ictimai fəallar üçün korporativ sosial məsulliyyət mövzusunda peşəkar təlimçilər tərəfindən təlim proqramı həyata keçirilmişdir.

Təlim proqramının 100 nəfər iştirakçısı korporativ sosial məsuliyyət siyasətinin formalaşması istiqamətində maarifləndiriləcək və KSM-in təbliğ olunması prosesinə cəlb olunmuşdur. Təlim Proqramı təcrübəli təlimçi “Business İnsight” beynəlxalq araşdırma qrupunun nümayəndəsi Əli Tağızadə tərəfindən aparılmışdır. Təlimdə iştirakçılara Korporativ Sosial Məsuliyyət anlayışı nəzəri və praktiki baxımdan geniş izah olunmuşdur. Belə ki, Korporativ Sosial Məsuliyyət anlayışının geniş tərifi verilmiş, sponsorluq və xeyriyyə fəaliyyəti ilə fərqi izah olunmuşdur. Bundan başqa bu anlayışın inkişaf tarixindən və müəssisələrə faydalarından bəhs edilmişdir. Əlavə olaraq QHT-lərin Korporativ Sosial Məsuliyyətin inkişafında önəmindən və gənclərin rolundan danışılmışdır. Daha sonra iştirakçılara dünyada və Azərbaycanda olan uğurlu Korporativ Sosial Məsuliyyət layihələri nümunə kimi göstərilmiş və praktiki olaraq bu fəaliyyətin izahı verilmişdir. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır.

Layihənin əsas məqsədi cənub bölgəsində özəl strukturların gənclər siyasəti sahəsində korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasında fəal iştirakını təmin etmək, habelə yuxarıda adıçəkilən qurumların gənc əməkdaşlarının korporativ sosial məsuliyyət haqqında ətraflı məlumatlandırılmasına nail olmaqdır.

“Korporativ sosial məsuliyyətin inkişafında özəl sektorla gənclərin əməkdaşlığı” layihəsini reallaşdı

“Korporativ sosial məsuliyyətin inkişafında özəl sektorla gənclərin əməkdaşlığı” layihəsini reallaşdı

İnterpress.az