İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
İnterpress.az