İnterpress.az istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.
“Astanadakı danışıqlar səmərəsizdir. Çoxlu səylər göstərilib, amma nəticəsi çox cüzidir. İndi əsas rol Cenevrəyə keçib, burada mühüm səylər BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura tərəfindən göstərilir”, – deyə Pentaqon rəhbəri bildirib.
Bundan əvvəl Ağ Ev bəyan edib ki, BMT çərçivəsində Suriya üzrə Cenevrə prosesi bu ölkənin siyasi gələcəyinin müzakirəsi üçün yeganə legitim meydançadır.
İnterpress.az