Çavuşoğlu: “FETÖ-çülər ABŞ Konqresinə yayılıblar”backend

Çavuşoğlu: “FETÖ-çülər ABŞ Konqresinə yayılıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik, FETÖ-nün dövlət qurumlarına, məhkəmə instansiyalarına nüfuz etməsi barədə amerikalıları açıq şəkildə məlumatlandırırıq. Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar. Leqal və ya qeyri-leqal şəkildə. Biz FETÖ ilə öz ölkəmiz daxilində necə mübarizə aparırıqsa, xəyanətkarların olduğu bütün dünya ölkələrində də bu cür mübarizəni davam etdirəcəyik”, – deyə Çavuşoğlu qeyd edib.

İnterpress.az